Türkiyə səfiri İsrail XİN-ə çağırıldı
    • Bu gün, 18:54
    • 64

Türkiyə səfiri İsrail XİN-ə çağırıldı

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyənin İsraildəki səfirinin müavinini çağırıb. 

News24.az xəbər verir ki, buna səbəb HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün matəm əlaməti olaraq Tel-Əvivdəki diplomatik nümayəndəlik binasındakı bayrağın yarıya endirilməsi olub.

"Tel-Əvivdəki Türkiyə səfirliyinin binasında türk bayrağının yarıya endirilməsindən sonra Xarici İşlər Nazirliyinin rəsmilərinə Türkiyənin İsraildəki səfirinin müavinini çağıraraq şiddətli töhmət verməyi tapşırmışam”, - deyə məlumatda bildirib.

Məryəm İlhamqızı