“Kamil Zeynallını Ermənistana verə bilməzlər”
    • 21-02-2024, 12:33
    • 193

“Kamil Zeynallını Ermənistana verə bilməzlər”

“Mütəmadi Kamilin vəkili ilə danışıram. Hazırda yanında üç vəkil var. Kamil bir ay orada saxlanılacaq”.

Bu sözləri RTV-yə açıqlamasında Kamil Zeynallının yaxın dostu, rejissor Kənan M.M  deyib. O, Kamil üçün kömək istəyirb:

“Ailəsi çox üzgündür, hamımız üzgünük. Biz Kamilə sahib çıxmalıyıq.  Azərbaycanla Ermənistan düşmən ölkədir, qanunla Kamili Ermənistana verə bilməzlər. Amma bir ay Rusiyada qalmalıdır. Bizə də çətindir. Əlimizdən gələni edirik”.

Könül