Yaqut Rzaquliyeva faciəvi şəkildə vəfat etdi
    • 22-02-2024, 10:10
    • 654

Yaqut Rzaquliyeva faciəvi şəkildə vəfat etdi

Bakının Nərimanov rayonunda qadın avtomobil qəzası zamanı ölüb. 

News24.az report-a istinadla xəbər verir ki, 21 fevral 2024-cü il tarixdə saat 08 radələrində 1984-cü il təvəllüdlü Mehtiyev Emil Qəzənfər oğlu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 20 ünvanın qarşısında hərəkətdə olarkən idarə etdiyi "Mazda" markalı avtomobil ilə yolu keçən piyada 1967-ci il təvəllüdlü Rzaquliyeva Yaqut Əbdülqasım qızını vurmuş, sonuncu almış olduğu xəsarətlərlə bağlı yerləşdirildiyi "Kliniki Tibbi Mərkəz" PHŞ-də ölüb. 

Faktla bağlı Nərimanov RPİ-nin İş-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.