Feyza Altuna 3 ilə qədər həbs..
    • 22-02-2024, 14:56
    • 112

Feyza Altuna 3 ilə qədər həbs..

Sosial mediadakı təhqiredici paylaşımına görə saxlanıldıqdan sonra məhkəmə nəzarəti ilə azadlığa buraxılan vəkil Feyza Altuna qarşı 3 ilə qədər həbs tələbi ilə ittiham irəli sürülüb.

News24.az xəbər verir ki, Beykoz Respublika Prokurorluğunun hazırladığı iddianamədə Altunun "X" adlı sosial media hesabında şəriətlə bağlı paylaşımına görə barəsində istintaq başladıldığı xatırladılıb.

İddianamədə istintaq çərçivəsində ifadəsi alınan Altun sözügedən postu paylaşdığını etiraf edib. Lakin şəriətin din olmadığını, siyasi rejim olduğunu, dini inancı təhqir etmədiyini bildirib.  Altun ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.

Günel Məlikzadə