-
- 22-02-2024, 17:04
- 193
80 milyard dollardan çox zərər
Rusiya Federasiyasının tammiqyaslı işğalı nəticəsində Ukraynanın kənd təsərrüfatı sektoru birbaşa itkilər və bunun nəticəsində 80 milyard dollardan çox zərər çəkib.
News24.az xəbər verir ki, bu baradə Kiyev İqtisadiyyat Məktəbinin Aqromərkəzi Dünya Bankı ilə birgə araşdırma aparıb.
"Xüsusən, silinmiş aktivlərin ümumi dəyəri 2023-cü ilin aprel ayı ilə müqayisədə 18% artaraq 10,3 milyard dollar təşkil edir. Qeyd edək ki, itkilərin əsas kateqoriyası xarab olmuş və məhv olmuş kənd təsərrüfatı texnikasına aiddir və 5,8 milyard dollar təşkil edərək, ümumi itkilərin 56,7 faizini təşkil edir”, - deyə bildirilib.
Günel Məlikzadə