"Putinin xristianlığı saxtadır" - Yuliya Navalnaya
    • 25-02-2024, 22:40
    • 332

"Putinin xristianlığı saxtadır" - Yuliya Navalnaya

"Siz Alekseyə sağlığında işgəncələr vermisiniz, indi də onun ölüsünü incidirsiniz, bundan böyük iblislik ola bilməz..."

"Siz həm insani, həm də Allahın qanunlarını pozursunuz..."

Həbsxanada həlak olan Rusiyanın müxalif lideri Aleksey Navalnının xanımı Yuliya Navalnaya Putini Rusiyada coşqu ilə yaydığı dini ehkamları pozmaqda ittiham edib.

News24.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.

"Putin özünü dindar adam kimi göstərir. O, hətta öz saraylarında klsələr inşa etdirir. Lakin Putinin etiqadı saxtadır.

Etiqad etmək ikonanı öpmək demək deyil, bu, xeyirxahlıq, mərhəmət deməkdir. Əsl xristian olanlardan heç biri bu gün Putinin ölü Alekseylə etdiklərini edə bilməz. Bu, iblisə sitayişdir", - Navalnaya bəyan edib.

Onun bu bəyanatı olan videosu ərinin həlak olmasının doqquzuncu günü dərc edilib, bu, xristianlıqda mərhumların  xatırlanması üçün vacib gün hesab edilir. Bir saat ərzində videonu 25 milyon insan izləyib.

Yuliya Navalnaya videomüraciətini ərindən miras qalan sözlərlə başlayıb: "Salam, mən Yuliya Navalnayayam". 

Daha sonra o, Rusiya hakimiyyətinin Alekseyin cəsədinin təhvil verilməsi məsələsində anasına qarşı aşağılayıcı hərəkətini təsvir edir. 

Məsələn, fevralın 23-də Lüdmila İvanovna Navalnaya məlumat verib ki, müstəntiq ona belə bir ultimatum verib: ya dəfn mərasimi gizli və vidasız keçəiriləcək, ya da cəsəd koloniyada, yəni Navalnının nə yaxınları, nə də pərəstişkarlarının onun məzarını ziyarət edə bilməyəcəyi yerdə dəfn ediləcək.

"Siz həm insani, həm də Allahın qanunlarını pozursunuz", - Navalnaya bəyan edib və ərinin cəsədinin heç bir şərt olmadan verilməsini tələb edib.

"Siz ona sağ ikən işgəncələr vermisiniz, indi isə onun ölüsünü incidirsiniz. Siz ölən adamın qalıqlarını təhqir edirsiniz. Bundan böyük iblislik ola bilməz, - o, deyib. - Ailəsi pravoslavlıqda qəbul edildiyi kimi onun ruhuna dualar oxuyub, insan kimi dəfn etmək istəyir".

Bu arada isə bir neçə günlük təhdid və ultimatumlardan sonra fevralın 24-də Aleksey Navalnının cəsədi anasına təhvil verilib.

"Bizimlə birlikdə bunu tələb edən hər kəsə minnətdaram. Lüdmila İvanovna hələ də Salexarddadır. Dəfn mərasimi hələ qarşıdadır. 

Biz bu mərasimin ailəsinin istədiyi və Alekseyin layiq olduğu kimi keçirilməsinə hakimiyyətin mane olacağını bilmirik. Biz bu barədə məlumat verəcəyik", - Navalnının mətbuat katibu Kira Yarmış "X" sosial şəbəkədə yazıb.