Navalnının vəkili saxlanıldı
    • 28-02-2024, 18:02
    • 207

Navalnının vəkili saxlanıldı

Fevralın 16-da Rusiyada həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının vəkili Vasili Dubkov Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında çıxan xəbərlərdə Dubkovun Moskvanın Şerbinka polis bölməsinə aparıldığı və ictimai asayişi pozmaq ittihamı ilə saxlanıldığı bildirilib.

Dubkovun saxlanıldığı Rusiya Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənməsə də, Dubkovun polisə verdiyi ifadədən sonra məhkəməyə verilə biləcəyi qeyd edilib.

Bildirilib ki, Dubkov Navalnının cəsədini tanımaq üçün Salekharda gedən anası Lyudmila Navalnayanı müşayiət edib.

Mehriban Mirzəzadə