Nazirlər Ermənistan-Azərbaycan münasibətlərindən DANIŞDI
    • 28-02-2024, 18:15
    • 252

Nazirlər Ermənistan-Azərbaycan münasibətlərindən DANIŞDI

Fevralın 28-də Berlində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Almaniya Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşüb. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə və həmin gün Berlində iki ölkə nazirlərinin iştirakı ilə baş tutan müzakirələrə toxunublar.

Mehriban Mirzəzadə