Qod Nisanova “Dostluq” ordeni təqdim edildi - FOTO
    • 1-03-2024, 21:50
    • 388

Qod Nisanova “Dostluq” ordeni təqdim edildi - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib.

News24.az xəbər verir ki, Q.Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.

Təqdimat mərasimindən çıxışı zamanı Qod Nisanov qeyd edib ki, bu, bütün azərbaycanlılar üçün bir mükafatdır: "Dostluq ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı canı ilə dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır və Azərbaycana getməkdən xoşbəxtik. Harada oluruqsa olsun, taleyimiz Azərbaycanla bağlıdır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.az kollektivi adından rusiyalı iş adamı Qod Nisanovu təbrik edirik. Ona işində yeni-yeni uğurlar arzu edirik.