Abşeronda yeni qəsəbə yaradılır - Siyavuş Novruzov
    • 5-03-2024, 13:38
    • 284

Abşeronda yeni qəsəbə yaradılır - Siyavuş Novruzov

Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində  yeni "şəfəq" qəsəbəsi salınacaq. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib. 

O bildirib ki, əraziyə qəsəbə statusunun verilməsi planlaşdırılır:

«Şəfəq adlandırılacaq ərazidə faktiki 8850 nəfər yaşayır. Ərazisi 256 ha təşkil edəcək. Ərazidə 4043 mənzil, 88 bina, 2 məktəb, 2 uşaq baxçası, 1 tibb məntəqəsi, 1 poçt şöbəsi, 1 polis şöbəsi olacaq.»

Qumral