Nigar Camalın adından "Tiktok"da dələduzluq
    • 5-03-2024, 15:25
    • 303

Nigar Camalın adından "Tiktok"da dələduzluq

Müğənni Nigar Camal onun adından Tiktokda dələduzluq edən şəxslə bağlı rəsmi müraciət edib. 

News24.az bildirir ki, müğənni bu haqda sosial şəbəkədə yazıb:

“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan TikTok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.

Qeyd edək ki, Tiktokda onun adından istifadə edən biri fanatlarını şantaj edib və onlardan pul istəyib.

Könül