-
- 6-03-2024, 10:53
- 379
Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.
Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.