Hüseyn Əzizoğludan bıçaqlanma hadisəsinə reaksiya: HADİSƏ OBYEKTDƏN...
    • 6-03-2024, 18:12
    • 202

Hüseyn Əzizoğludan bıçaqlanma hadisəsinə reaksiya: HADİSƏ OBYEKTDƏN...

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonundakı “Papaq lounge" restoranında qanlı insident olub. Hadisə nəticəsində bir nəfər bıçaqlanıb.

News24.az xəbər verir ki, bloqer  Hüseyn Əzizoğlu hadisəyə reaksiya verib. O bildirib ki, hadisə tamamilə yalnışdır:

“Bıçaqlanma hadisəsi obyektdən 200 metr kənarda baş verib. Bəli, doğrudur, həmin o şəxslər müştəri qismində bizim obyektdən çıxıblar. Yəni, gəlib yeməklərini yeyib, çaylarını içib. Gedib kənarda söz-söhbətləri düşüb. Hadisə kənarda baş verib. Bunu mənim və yaxud “Papaq”ın adına yaxmağın heç bir mənası yoxdur”,- deyə o instagram hesabında paylaşım edib.

Mehriban Mirzəzadə