Hüseyn Əzizoğlunun restoranındakı QANLI OLAY ilə bağlı YENİ MƏLUMAT
    • 6-03-2024, 16:37
    • 291

Hüseyn Əzizoğlunun restoranındakı QANLI OLAY ilə bağlı YENİ MƏLUMAT

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonundakı “Papaq lounge" restoranında qanlı insident olub. Hadisə nəticəsində bir nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, faktla bağlı hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. 

“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Mehriban Mirzəzadə