Hadisə arıqlama sirrindən danışdı
    • 6-03-2024, 20:00
    • 207

Hadisə arıqlama sirrindən danışdı

Son zamanlar gözəlliyi ilə diqqət çəkən 38 yaşlı məşhur müğənni Hadisə fit bədən quruluşu ilə də diqqət çəkir. 

News24.az xəbər verir ki, bu barədə “CNN TÜRK” məlumat yayıb.

Məlumata görə, Türkiyənin məşhur pop müğənnisi və televiziya ulduzu Hadisənin 2022-ci ildə dietoloqdan dəstək aldığını bildirib.

Arıqlama sirlərini bölüşən məşhur müğənninin gündə cəmi 2 dəfə yemək yeyərək formasını qoruduğu məlum olub. 

Dietoloqun tövsiyələri istiqamətində hərəkət edən Hadisə gündə 2 dəfə yemək yeyərək özünə uyğun rejim yaradıb. Xüsusilə aralıq oruc tutma sisteminə bənzəyən bu yeməklərdə insanlar yediklərinə və sağlam qidalanmağa diqqət yetirirlər. Hadisə axşam saat 7-dən sonra heç nə yeməməyi tövsiyə edib. Bu sayədə gün ərzində qəbul etdiyi qidaları həzm etmək üçün bədəninə vaxt verir və daha yüngül bir axşam keçirir. Hadisənin səhərlər istehlak etdiyi xüsusi qarışıq onun maddələr mübadiləsini sürətləndirir.

Mehriban Mirzəzadə