Yeniyetmə məktəblini döydü, telefonunu oğurladı
    • 7-03-2024, 12:35
    • 149

Yeniyetmə məktəblini döydü, telefonunu oğurladı

Martın 7-də Moskvadaki, Miçurinski prospektindəki ticarət mərkəzində 17 yaşlı yeniyetmə 15 yaşlı məktəbliyə hücum edib.

News24.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin əməkdaşları hadisə ilə bağlı cinayət işi açıblar.

Hücum edən şəxs zərərçəkmişin üzünə yumruq vurub, smartfonu götürüb və bank proqramı vasitəsilə öz hesabına pul köçürüb.

O qaçıb, lakin asayiş keşikçiləri tez bir zamanda cinayətkarı müəyyən edərək saxlayıblar.

Faktla bağlı araşdırma davam edir.

Mehriban Mirzəzadə