DƏHŞƏT! Şir 14 yaşlı qıza hücum etdi
    • 5-03-2024, 16:51
    • 252

DƏHŞƏT! Şir 14 yaşlı qıza hücum etdi

Rusiyanın Saratov şəhərindəki müəssisələrin birində 14 yaşlı qız zavodda saxlanılan şirin ona hücum etməsi nəticəsində əllərindən xəsarət alıb və xəstəxanaya aparılıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin istintaq orqanlarının əməkdaşları məlumat verib.

İlkin məlumatlara görə, uşağa zavodun ərazisindəki bağda saxlanılan şir hücum edib.

Hazırda müstəntiqlər azyaşlı yeniyetmənin müəssisədə nə işlə məşğul olduğunu və aslanın hansı əsasla orada saxlandığını müəyyənləşdirirlər. Hadisə ilə bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə