"Bu Qəzzalılara qarşı soyqırımdır"
    • 7-03-2024, 19:20
    • 112

"Bu Qəzzalılara qarşı soyqırımdır"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida hüququ üzrə xüsusi məruzəçisi Michael Fakhri İsrailin Qəzzada Fələstin xalqına qarşı aclıq kampaniyasından istifadə etməsini "soyqırım" kimi qiymətləndirib.

News24.az xəbər verir ki, müharibənin başlamasından sonra Qəzzada insanların görünməmiş aclığına şahid olduqlarını ifadə edən Fakhri, "Heç vaxt bir camaatın (Qəzəlilərin) bu qədər tez və tam ac qaldığını görməmişdik. İndi gördüyümüz aclıqdır. Biz qidalanma və susuzluqdan ölən uşaqların şahidi oluruq. Müasir tarixdə heç vaxt heç bir münaqişədə bunu görməmişdik" dedi.

O, qidalanmayan uşaqların inkişafda problem yaşayacağına və bu vəziyyətin uzunmüddətli və qalıcı təsirlərinin olacağına diqqət çəkdi.

Günel Məlikzadə