Cənubi Afrika "hərbi dəstək" tələb edir
    • 6-03-2024, 16:25
    • 194

Cənubi Afrika "hərbi dəstək" tələb edir

Nazir Pandor danimarkalı həmkarı Lars Lökke Rasmussen ilə birgə mətbuat konfransında Qəzzada atəşkəs üçün təcili qərarın verilməsi üçün hər cür səy göstərilməli olduğunu bildirib.

News24.az xəbər verir ki, İsrailin blokadası altındakı Qəzza, İordan çayının qərb sahilinə humanitar yardımın çatdırılmasına çağıran Pandor, "İsrailin çox yaxın dostu" olan ölkələrin əsgərlərinin Qəzza sərhədinə yerləşdirilməli və humanitar yardımların keçməsinə dəstək verməli olduqlarını bildirib.

ABŞ və Böyük Britaniyaya çağırış edən Pandor, "Əgər yüzlərlə yardım maşınının təhlükəsiz keçməsi üçün Qəzzəyə əsgər göndərsələr, bu, insanların həyatını xilas edəcək humanitar sülh jesti olacaq" dedi. 

Nazir Pandor hər kəsin dərhal atəşkəsə diqqət yetirməli olduğunu vurğulayaraq, atəşkəs əldə olunmazsa Qəzzada “inanılmaz faciə”nin yaşanacağı ilə bağlı xəbərdarlıq edib.

Fələstin xalqına daha çox zərər verəcəyindən qorxduğunu dilə gətirən Pandor, "İnsanları düşdüyü ölümcül vəziyyətdən xilas edə bilmədiyim üçün bir insan olaraq özümü tamamilə lazımsız hiss edirəm" dedi. 

Günel Məlikzadə