"Rusiya sərhədçilərinə ehtiyacımız yoxdur" - Mirzoyan
    • 7-03-2024, 15:50
    • 342

"Rusiya sərhədçilərinə ehtiyacımız yoxdur" - Mirzoyan

"Özümüz də “Zvartnots” havalimanını mühafizə edə bilərik”. 

News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu adı çəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib. 

O bildirib ki, artıq Rusiya tərəfi bu barədə məlumatlandırılıb. 

A. Mirzoyanın sözlərinə görə, bir qədər əvvəl Rusiya sərhədçilərinin bəzi məntəqələrə təhkim olunması qərarlaşdırılsa da, sonradan bu təşəbbüsdən imtina edilib:

“Hesab edirik ki, ölkəmiz sərhədlərinin mühafizəsini müstəqil şəkildə təşkil etmək qabiliyyətindədir. Rəsmi Moskvaya bu barədə lazımi məlumatlar göndərilib. Mənim fikrimcə, bu məsələ artıq bağlanıb. Havalimanında Rusiya sərhədçilərinə ehtiyacımız yoxdur”.

Fərid Azəri