Moldovadan Avropaya “Putin” xəbərdarlığı
    • 7-03-2024, 23:50
    • 282

Moldovadan Avropaya “Putin” xəbərdarlığı

Moldova prezidenti Maia Sandu bu gün Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

News24.az xəbərverir ki, Sandu Rusiyanın onun ölkəsində sabitliyi pozmaq üçün səylərini “yenilədiyini” deyib.

Sandu xəbərdarlıq edib ki, “Rusiya prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, o, Avropanın qalan hissəsi üçün təhlükə olaraq qalmağa davam edəcək”.

Prezident Emmanuel Makronla müdafiə və əməkdaşlıq müqaviləsi imzalayan Sandu, "Hücum edənin qarşısı alınmasa, davam edəcək və cəbhə xətti yaxınlaşmağa davam edəcək. O, bizə yaxınlaşacaq. O, sizə yaxınlaşacaq" dedi. 

"Ona görə də Avropa vahid cəbhə yaratmalıdır. Təcavüz güclü qüvvə tərəfindən dəf edilməlidir", - Sandu bildirib.

Qeyd edək ki, Makron Fransanın Moldovanı dəstəkləyəcəyini bildirib.

“Moldovanın demokratik reallığı və onun Ukrayna kimi Avropa gələcəyi üçün ilham verməsi əslində Vladimir Putinin Rusiyası üçün bir problemdir”, - deyən Makron, ölkəsinə “hibrid hücumlar” adlandırdığı şeylərlə mübarizədə kömək etmək üçün əməkdaşlığı gücləndirəcəyini əlavə edib.

Günel Məlikzadə