Rusiya Kiyevi işğal etsə... - Makron xəritə göstərərək HƏDƏLƏDİ
    • 8-03-2024, 13:52
    • 306

Rusiya Kiyevi işğal etsə... - Makron xəritə göstərərək HƏDƏLƏDİ

Fransa prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşü zamanı bəyan edib ki, Rusiya qoşunları Kiyev və ya Odessanı işğal edərsə, Ukraynaya qoşun göndərmək mümkündür.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə L'Independent nəşrinə istinadən Kommunist Partiyasının nümayəndəsi Fabien Russel məlumat verib.

Eyni zamanda ifrat sağçı “Milli Birlik” partiyasının nümayəndəsi Cordan Bardela bu məsələdə “heç bir məhdudiyyət və qırmızı xətlərin olmadığını” təkid edib.

“Məğlubedilməz Fransa” partiyasının koordinatoru Manuel Bompard “toplantıya narahat olaraq gəldiyini və müzakirələri daha da narahat tərk etdiyini” bildirib.

Russelin sözlərinə görə, Makron parlamentarilərə Rusiyanın Ukraynaya zərbələrinin mümkün istiqamətlərinin xəritələrini göstərib.

“Makron müdaxiləyə, yəni cəbhənin Odessaya və ya Kiyevə doğru irəliləməsinə səbəb ola biləcək ssenaridən bəhs edib”, - siyasətçi qeyd edib.