Almaniyada ölən həmyerlimizin külü Azərbaycanda basdırıldı - VİDEO
    • 13-03-2024, 15:32
    • 149

Almaniyada ölən həmyerlimizin külü Azərbaycanda basdırıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Almaniyada vəfat edən həmyerlimizin İlham Allahverdizadənin meyiti yandırılıb. Ailəsi onun meyitinin külünün Azərbaycana gətirilməsini istəyirdi. Artıq mərhummeyitinin külü Azərbaycana gətirilib və dəfn edilib.

News24.az Day.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Kremasiya olunan şəxs İlham İsmayıl oğlu Allahverdizadədir. 1977-ci ildə doğulan İ.Allahverdizadə Cəbrayıl sakindir və 2014-cü ildən Almaniyada yaşayırdı.

Onun Almaniyada müvəqqəti yaşama icazəsi olmayıb.

İlhamın bacısı Məryəm Allahverdiyeva deyib ki, sonuncu dəfə qardaşı ilə yanvarın 9-da danışıb:

"Həm böyrəklərində, həm də ürəyində problem var idi. Məlumata görə, yanvarın 11-i infarkt keçirib və dünyasını dəyişib. Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub. Əmim və ailəsi Almaniyanın digər şəhərində yaşayırlar. Qardaşımın vəfat xəbərini onlar bizə çatdırdılar. Təəssüf ki, əmimgil də onun ölümündən meyiti yandırılandan sonra xəbər tutublar".