Quş Bakıda təyyarənin uçuşuna mane oldu
    • 14-03-2024, 11:05
    • 332

Quş Bakıda təyyarənin uçuşuna mane oldu

Bakıdan Budapeştə uçuş həyata keçirən “WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir.

News24.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Modern.az-a verilən məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.