Gökhan Özen ciddi xəstəliyə tutuldu
    • 14-03-2024, 16:08
    • 255

Gökhan Özen ciddi xəstəliyə tutuldu

Uzun müddətdir Amerikada yaşayan türkiyəli müğənni Gökhan Özen İzmirdə verdiyi konsertdən sonra ağır xəstələnib.

News24.az-ın xəbərinə görə, bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

“İzmirdə səhnədə tərlədim. Sonra saatlarla tamaşaçılarımla şəkil çəkdirdik. Ağır infeksiya xəstəliyinə tutuldum. Bu məndə baş verən ikinci belə haldır. Həkimim qəti qərar verib. Heç kəslə təmas qura bilmərəm. 3 gündür ağır haldayam, yataqdan qalxa bilmirəm”, müğənni bildirib.