“Biz onun bığını ütəcəyik"
    • Bu gün, 19:57
    • 61

“Biz onun bığını ütəcəyik"

Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask Venesuela hökumətin in X-in ölkədəki işini 10 gün müddətinə dayandırmaq qərarına görə, ölkə prezidenti Nikolas Maduronun hədələyib.

News24.az musavat.com-a istinadən bildirir ki, Mask Venesuela liderinin çıxışını şərh edib və deyib: "Biz onun bığını kosmosdan ütəcəyik".

Qeyd edək ki, dünən Nikolas Maduro Milli Telekommunikasiya Komissiyasına X-in bloklanması təklifini göndərdiyini söyləyib. O, Maskın öz sosial şəbəkəsinin bütün normalarını pozduğunu deyib, şəbəkəni "nifrət, faşizm aşılamaqda, vətəndaş müharibəsi salmağa cəhd etməkdə və Venesuelanın bütün qanunlarını pozmaqda ittiham edib.