Yarım saat ərzində 4 nəfəri bıçaqlayıb QAÇDI
    • Bu gün, 20:33
    • 76

Yarım saat ərzində 4 nəfəri bıçaqlayıb QAÇDI

Hadisə saat 16:00 radələrində Kocaelinin Ömerağa məhəlləsində baş verib.

News24.az xəbər verir ki, iddiaya görə, adı hələ öyrənilməyən şəxs T.U-nu (17) mübahisə etdikdən sonra bıçaqlayıb. T.U.-ya bıçaqla xəsarət yetirən təcavüzkar təxminən 10 dəqiqə sonra Cümhuriyyət küçəsində 200 metr aralıda bir nəfəri, daha sonra 250 metr uzaqlıqdakı Şahabettin Bilgisu küçəsindəki kafedə oturan şəxsi və Pertev Paşa küçəsində bir nəfəri bıçaqlayıb.

Ümumilikdə 4 nəfərin ayağından bıçaqlandığı hadisədə yaralılar xəstəxanaya aparılıb.

Polis qaçan təcavüzkarı tutmaq üçün əməliyyata başlayıb. 

Yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Məryəm İlhamqızı