"40-a yaxın hazır mahnım var, maraqlanan yoxdur" - Cavanşir Quliyev
    • 9-08-2024, 19:45
    • 174

"40-a yaxın hazır mahnım var, maraqlanan yoxdur" - Cavanşir Quliyev

"Bizi kənardan gələn artistlər ikinci növbədə düşündürməlidir. Əsas öz artistlərimizdir. Telekanallar deyir ki, biz konserti versək də, baxmayacaqlar. Hardan bilirsən? Bir dəfə cəhd elə. Mədəniyyət kanalı da köhnə yazıları verir. Mən yenilərdən danışıram, onlar köhnədir. İnsanlar yeni əsər dinləmək istəyir. Bu xalq niyə 30 il bundan əvvəl baxırdı? Konsert maraqlı olsa, baxacaqlar. Baxmaması hələ o konserti qapamaq səbəbi deyil".

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev "Otaq 9" layihəsində deyib. O, telekanalları tənqid edib:

"Çünki televiziyanın pul qazanmaqdan başqa, birinci işi xalqın mədəni zövqünü ödəmək, yeni gələn nəsli formalaşdırmaqdır. Bunu da sən o reklamlarla edə bilməzsən. Pul qazanıram. Nənəm demiş, qarnın deşilsin. Sən niyə mənim hesabıma pul qazanırsan? Mənim vaxtımın hesabına pul qazanırsan, hələ üzümə də vurursan ki, reklam olmalıdır ki, pul qazanmalıyam, reytinqim var. Bu, mədəniyyətdən kənar düşüncədir ki, mənim reytinqim var. Sənin reytinqinə...

Tamaşaçı reytinq bilmir, deyirlər ki, baxmırıq televizora. Baxmırlar da. Baxmağa bir şey yoxdur, düz deyir. Reklam var, pul var. Bu pulu qazanmağın başqa yolu yoxdur? Dövlətin reklam agentliyi var, oradan pul alırlar. Reklam bir yerə gedir, oradan da reytinqə əsasən də bölünür. Deyirlər ki, xarici ölkələrdə, dünyada belədir. Türkiyə, ərəb ölkələrində də bu yoxdur. Onlar da reytinqlə əlləşirlər. Ona görə də bəstəkarları, heç rəssamları da yoxdur. İstəyirsiniz ki, Azərbaycan da Dubay kimi olsun? Dubay əmiri deyir ki, mən nə edirəm operanı, zəng vuruam başqa bir ölkədən gəlib burada göstərirlər. Niyə pul verib burada opera teatrı yaradım. O, elə hesab edir, birz də elə edək də onda? Deməli o zaman Azərbaycanda nə opera olacaq, nə də opera yazan. Necə ki, müsalman ölkələrinin nə yazanı, nə baxanı var. Amma deyirik ki, altımızda "Mercedes"lər var. Deyirlər ki, biz inkişaf edirik. Cibimizdə "İPhone"lər var, amma operamız yoxdur, istəmirik. Buna doğru gedirik. Belə düşünəndə sevirinirəm ki, nə yaşı mən həyatımı yaşadım. Belə düşüncələrdə gənc olsaydım, gələcək həyatım mənim üçün faciə olardı, asıb öldürərdim özümü".

Sənətkar hazırda 40-a yaxın hazır mahnısının olduğunu, lakin telekanalların və ya radioların bununla maraqlanmadığını bildirib:

"Hazırda evdə 30-40-a yaxın hazır mahnım var, oxunmuş. Kimsə maraqlanmır. Keçmişdə belə şey olardı? Mürəkkəb qurumamış apardılar ki, efirə getsin. Müğənni gəlib oxuyub hazırdır, maraqlanan yoxdur, istəmirlər. Bu, bilirsiniz nəyə bənzəyir. Biri evi yandırır, sonra yanğınsöndürənləri çağırır ki, ev niyə yandı? Özü yandırıb".