“Əgər ağsaqqalım və ağbirçəyim budursa...” – Xalq artisti
    • 15-03-2024, 11:30
    • 750

“Əgər ağsaqqalım və ağbirçəyim budursa...” – Xalq artisti

"Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir". 

News24.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib. 

O, ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:  

"Telekanallarımızın əksəriyyətində verilişlər var, orada azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saçyolduya çıxırlar, boşanıb-evlənirlər...

Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq..."