"İsrail istənilən vaxt Rəfaha daxil ola bilər"
    • 15-03-2024, 13:26
    • 214

"İsrail istənilən vaxt Rəfaha daxil ola bilər"

İsrailin Qəzzaya hücumları 161 gündür davam edərkən, Misirdən bölgə ilə bağlı yeni açıqlama gəlib.

News24.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün dərc etdiyi bəyanatda bildirib ki, ölkəsi Misir Qəzzada atəşkəsə nail olmaq, zolağa yardımların çatdırılmasını artırmaq və cənubdakı köçkün fələstinlilərin şimala köçməsinə kömək etmək məqsədi daşıyır.

Qeydə alınan səsli mesajda danışan Sisi İsrailin hər an sərhəddəki Rəfah şəhərinə qurudan hücuma keçmə təhlükəsi barədə də xəbərdarlıq edib.

Günel Məlikzadə