İl sonu dollar nə qədər olacaq? PROQNOZ
    • 16-03-2024, 18:10
    • 529

İl sonu dollar nə qədər olacaq? PROQNOZ

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Bazar İştirakçıları Araşdırması nəşr olundu.

News24.az xəbər verir ki, il sonu inflyasiya gözləməsi fevral ayında 42,96% ikən, mart anketində 44,19%-a yüksəldi. 

Əvvəlki sorğuda 40,02 TL olan 2024-cü ilin sonu dollar/TL gözləntisi bu anketdə 40,53 TL-yə yüksəldi. Fevral anketində 41,15 TL olan 12 aylıq dollar məzənnəsi gözləntisi mart anketində 42,79 TL olub.

Günel Məlikzadə