Azərbaycanda cəzaçəkmə müəssisəsində ilkə imza atıldı
    • 18-03-2024, 15:09
    • 268

Azərbaycanda cəzaçəkmə müəssisəsində ilkə imza atıldı

Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb. 

News24.az oxu.az-a istinadən xəbər verir ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsində quraşdırılıb.

Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir.

Müəssisənin bir korpusunda cəza çəkən məhbus digər yad korpusa daxil olarsa, bu zaman üztanıma sistemi işə düşür.

Sistem həmin şəxsin yad olduğunu aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.