Dəhşətli yol qəzası: 7 ölü, 20 yaralı
    • 19-03-2024, 10:50
    • 117

Dəhşətli yol qəzası: 7 ölü, 20 yaralı

Nepalda avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “ The Himalayan Times” qəzeti məlumat yayıb.

Qəza Mid Hill şossesinin Bağlung ərazisində baş verib. Avtobusun Rukum Purbadan Katmanduya doğru hərəkət etdiyi müəyyən edilib. Qəzanın səbəbi barədə məlumat verilməyib.

Hazırda xilasetmə işləri davam etdirilir və qəzanın səbəbləri müəyyənləşdirilir.

Mehriban Mirzəzadə