-
- 19-03-2024, 13:03
- 382
80 sənədsiz silah ələ keçirildi
Türkiyədə Seyhan Rayon Polis Şöbəsi qrupları martın 10-16-sı tarixləri arasında rayon daxilində həyata keçirdiyi əməliyyat və yoxlamalar zamanı çoxlu sayda ev, iş yeri, avtomobildə axtarış aparıb.
News24.az xəbər verir ki, araşdırma zamanı lisenziyasız olduğu müəyyən edilən 60 tapança, 15 ov tüfəngi, 5 boş tapança, bu silahlara aid çoxlu sayda güllə və patron, 208 silah parçası və 629 narkotik həb aşkar edilib.
Ələ keçirilən cinayət ünsürləri ilə bağlı saxlanılan 37 şübhəli həbs edilib.
Günel Məlikzadə