Azərbaycan nefti bahalaşdı - Son qiyməti
    • 20-03-2024, 11:45
    • 155

Azərbaycan nefti bahalaşdı - Son qiyməti


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,17 % artaraq 89,57 ABŞ dolları təşkil edib.

News24.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 87,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.