Leysan, qar, dolu... - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR
    • 20-03-2024, 19:53
    • 4 261

Leysan, qar, dolu... - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR


Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə News24.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verib.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.