Rusiyanın MDB ölkələri ilə birliyini pozmağa çalışırlar - Zaxarova
    • 21-03-2024, 17:44
    • 191

Rusiyanın MDB ölkələri ilə birliyini pozmağa çalışırlar - Zaxarova


Qərb Rusiyanın MDB ölkələri ilə birliyini pozmaq üçün aqressiv informasiya kampaniyalarından istifadə edir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasının iclasında bildirib.

“Qərb bu obyektiv şəkildə formalaşmış birliyi Rusiyaya və qonşularımıza qarşı aqressiv informasiya kampaniyaları ilə pozmağa çalışır. Bu cür addımlar, ilk növbədə, postsovet məkanı ölkələri üçün faciəli nəticələrə gətirib çıxarır”, - o deyib.

M.Zaxarova hesab edir ki, informasiya məkanını gücləndirmək və qorumaq üçün maksimum qarşılıqlı əlaqəni təmin etmək Rusiya və MDB ölkələrinin ümumi maraqlarına uyğundur.