"İrəvanı təhlükəli oyunlara cəlb etmək cəhdləri görürük" - Zaxarova
    • 27-12-2023, 15:02
    • 138

"İrəvanı təhlükəli oyunlara cəlb etmək cəhdləri görürük" - Zaxarova

“Ötən il dünyanın bir çox ölkələri üçün çətin oldu. Ermənistan üçün də asan olmadı. Biz İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək üçün müxtəlif cəhdlər görürük.  Görürük ki, Qərb Ermənistana qarşı tamamilə biganədir. Onlar öz hisslərindən, tarixi yaddaşlarından, ağrılarından və iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülh, sabitlik və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün son dərəcə vacibdir”, - Zaxarova deyib.

Ayşən