Dani Alves azadlığa çıxmaq üçün kredit götürüb
    • 22-03-2024, 21:30
    • 246

Dani Alves azadlığa çıxmaq üçün kredit götürüb


Braziliyalı veteran futbolçu Dani Alvesin azadlığa çıxmaq üçün ödədiyi 1 milyon avronu necə tapdığı bəlli olub.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, banklardan biri "sambaçı"ya kredit verib.

İspaniya mətbuatının yazdığına görə, keçmiş futbolçunun dostları belə ona borc verməkdən imtina ediblər. Bundan əvvəl təzminatı Neymarın atasının ödədiyi deyilsə də, o, bunun düzgün olmadığını açıqlayıb.

Qeyd edək ki, Alves təcavüzə görə 4,5 il müddətinə həbs olunub və 1 milyon təzminat qarşılığında azadlığa çıxıb.