“Krokus” terrorçularının başçısı sirləri açdı
    • 23-03-2024, 18:20
    • 465

“Krokus” terrorçularının başçısı sirləri açdı

Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktını törədən şəxslərin başçısı olduğu iddia edilən şübhəli saxlanılıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun dindirilməsinin görüntüləri yayılıb.

Şübhəlinin sözlərinə görə, o, magistral yolda yerləşən yataqxanada Muhammad adlı şəxslə yaşayıb. Daha sonra terrordan 10-12 gün əvvəl Teleqramda Abdulla adlı şəxslə tanış olub. Abdullah qohumlarından avtomobil alaraq taksi kimi işlədib.


Saxlanılan şəxslə tərcüməçi vasitəsilə tacik dilində ünsiyyət qurulub.

Xatırladaq ki, bundan əvvəl daha bir şübhəlinin dindirilməsinin görüntüləri yayılıb. O, 500 min rubl (təxminən 9200 manat) müqabilində terror törətdiyini etiraf edib.