27 yaşlı mer və müşaviri GÜLLƏLƏNDİ
    • 25-03-2024, 09:52
    • 197

27 yaşlı mer və müşaviri GÜLLƏLƏNDİ


Ekvadorun ən gənc meri Bricit Qarsiya və onun müşaviri bazar günü səhər tezdən avtomobildə güllələnərək öldürülüb.

News24.az Unikal-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkə polisi 27 yaşlı San Visente meri Bricit Qarsiya və Jairo Floranın cəsədlərinin Manabi əyalətində avtomobildə aşkar edib.  

Qarsiya keçmiş prezident Rafael Korreanın Vətəndaş İnqilabı Partiyasına mənsub idi.

Qarsiya, ötən ilin avqustunda prezidentliyə namizəd Fernando Villavicencionun öldürülməsindən sonra ölkədə qətlə yetirilən ikinci siyasi xadimdir.