Ermənistanda polis qərargahına hücum edildi
    • 25-03-2024, 10:50
    • 100

Ermənistanda polis qərargahına hücum edildi

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, 3 naməlum şəxs paytaxt İrəvanda Nor Nork Rayon Polis İdarəsinin binasının qarşısına əl qumbarası ilə gəlib.

News24.az xəbər verir ki, hücum edənlər təhlükəsizlik qüvvələri ilə görüşərək bəzi tələblər irəli sürərkən qumbara partlayıb.

Bombanın partlaması nəticəsində hücum edənlərdən ikisi yaralanıb. Yaralı hücumçular daha sonra xəstəxanaya aparılıb.

Hücum edənlərdən üçüncüsünün hərəkəti davam etdirdiyi və bir müddət təhlükəsizlik qüvvələri ilə danışdığı, daha sonra zərərsizləşdirilərək nəzarətə alındığı bildirilib.

Hücuma müdaxilə edən polis qüvvələri və vətəndaşlar arasında ölən, yaralananların olmadığı bildirilib.

Günel Məlikzadə