Erməni hərbi qulluqçular qəzaya düşüblər, yaralılar var
    • 25-03-2024, 22:37
    • 233

Erməni hərbi qulluqçular qəzaya düşüblər, yaralılar var

Martın 20-də Ermənistanın Kotayk vilayətində avtomobil qəzası baş verib.

News24.az Ordu.az-a istinadən xəbər verir ki, saat 08:00 radələrində Abovyan-Crvej avtomobil yolunda, “Tsiran” restoran kompleksinin yaxınlığında Kotayk vilayəti sakini, 34 yaşlı N. Melikin idarə etdiyi “Opel” markalı avtomobillə İrəvan sakini, 41 yaşlı İ. Armanın idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində N. Melikin sərnişinləri, Kotayk vilayəti sakini 29 yaşlı Ş. Narek və Göyçə vilayəti sakini 30 yaşlı K. Narek bədən xəsarətləri ilə Heratsi adına 1 nömrəli universitet xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hər iki sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsində qulluq edirlər.