Bakıda liftdən meyit tapıldı
    • 26-03-2024, 14:32
    • 221

Bakıda liftdən meyit tapıldı

Bakıda liftdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib