İsrail Fələstin müftisinin Məscidül-Əqsaya daxil olmasını qadağan etdi
    • Bu gün, 14:54
    • 83

İsrail Fələstin müftisinin Məscidül-Əqsaya daxil olmasını qadağan etdi

İsrail polisi Qüds və Fələstinin keçmiş müftisi və Əl-Əqsa məscidinin imamı Şeyx İkrime Səbrinin Məscidül-Əqsaya daxil olmasına 6 aylıq qadağa qoyub.

News24.az xəbər verir ki, bunu Şeyx Səbrinin vəkili Halit Zabarka bildirib.

Şeyx Sabrinin qanuna zidd hərəkət etmədiyinə diqqət çəkən Zabarka, İsrail polisinin bu qərarı yüksələn ifrat sağçıların tələbi ilə verdiyini vurğulayıb.

Belə bir qərarın verilməsinin heç bir hüquqi əsasının olmadığını və bunun fanatik yəhudilərin təşviqi ilə alınan bir qərar olduğunu vurğulayan Zabarka, bu qərarın ibadət azadlığına, Məscidül-Əqsanın müqəddəsliyinə və Haşimi Vəliliyinə zidd olduğunu bildirib. 

Günel Məlikzadə