Putinə qisas mesajı: Rusiyada yeni qanlı hücum...
    • 26-03-2024, 17:03
    • 202

Putinə qisas mesajı: Rusiyada yeni qanlı hücum...

Moskvadakı hücumdan sonra İŞİD terror təşkilatı Rusiya prezidenti Vladimir Putini təhdid edib.

News24.az xəbər verir ki, dindirmə görüntülərində Crocus Concert Hall-a hücum edənlərin işgəncələrə məruz qaldığı anlaşılandan sonra İŞİD-in Putini "qanlı" qisasla hədələdiyi bildirilib.

Hücumlara görə məsuliyyəti öz üzərinə götürən İŞİD üzvləri şübhəlilərin "vəhşi işgəncələrə" şahidlik etdikdən sonra "çox tezliklə" Putini və onun vətəndaşlarını qisas almaqla hədələyirlər, Bu barədə Telegram sosial media platformasında yerləşdirilən paylaşımda deyilir.

İddia edilən xəbərdarlığın əks olunduğu plakatda deyilir:

"Putin də daxil bütün vəhşi ruslar üçün təhlükə! İslam Dövləti məhbuslarına işgəncə verməyi dayandırın. Diqqət edin! Əsir qardaşlarımıza görə sizdən qisas almaq imkanımız olmadığını düşünməyin".

Bəyanatda həmçinin aşağıdakı ifadələrdən istifadə edildiyi iddia edilib:

“Cümə günü hücumda biz sizə sübut etdik ki, Allahın izni ilə İslam Dövləti mücahidləri etdiyiniz hər bir vəhşiliyə görə sizi cəzalandıra bilər, əgər bu qisas alınmasa, İslam ümmətindən çoxlu qan qalsın".

Günel Məlikzadə