-
- 26-03-2024, 20:15
- 378
Zəlzələ bölgəsinə 500 milyon avro
Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında zəlzələ bölgəsinə 500 milyon avro maliyyə dəstəyinin göstərilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.
News24.az xəbər verir ki, AYİB-in Birinci vitse-prezidenti Yurgen Riqterinkin rəhbərlik etdiyi nümayəndə heyəti nazirlikdə nazir Şimşəklə görüşüb.
Görüş zamanı Türkiyənin iqtisadi proqramı və Bankla güclü əməkdaşlıq, eləcə də AYİB-in zəlzələ zonasına maliyyə dəstəyi müzakirə edilib.
AYİB fevralın 6-da baş verən zəlzələdən sonra dəstək verən ilk beynəlxalq maliyyə qurumları arasında olsa da, regionun yenidən qurulması üçün dövlət və özəl sektorlar üçün 1,5 milyard avroluq maliyyə paketi elan edib. Bu çərçivədə zəlzələ bölgəsindəki özəl sektor layihələri, KOBİ-lər və yerli banklara 800 milyon avro maliyyə ayrılıb.
Günel Məlikzadə