Puqaçovanın böyük konsertə hazırlaşır
    • 26-03-2024, 22:00
    • 223

Puqaçovanın böyük konsertə hazırlaşır

Alla Puqaçova 75 illik yubileyinə böyük konsert hazırlayır.

News24.az xəbər verir ki, bu barədə rusiyalı müğənni və bəstəkar Andrey Misin “Express Gazeta”ya müsahibəsində deyib. 

Onun sözlərinə görə, böyük ehtimalla tamaşa İsraildə baş tutacaq:

“O, 75 illik yubileyinə (15 aprel) hazırlaşır və həqiqətən də bu tarixə böyük konsert hazırlamaq istəyir. Yəqin ki, İsraildə baş tutacaq”, - deyə Misin bildirib.

Müğənninin sözlərinə görə, Puqaçova azad insan olduğuna inanır və istədiyi yerdə edə, eləcə də köçə bilər. Uşaqları Harri və Lizanın tərbiyəsindən danışan Misin bu işdə dayələrin Divaya kömək etdiyini qeyd edib.

Mehriban Mirzəzadə