Ərdoğan Al Sani ilə görüşəcək
    • Bu gün, 12:04
    • 52

Ərdoğan Al Sani ilə görüşəcək

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sanini Prezident Sarayında qəbul edəcək.

News24.az xəbər verir ki, liderlər Fələstin haqqında danışacaqlar.

Liderlərin görüşünün əsas gündəmi Yaxın Şərqdəki hadisələr olacaq.  İsrailin Fələstinə və Livana hücumları və Tehran-Təl-Əviv xəttində artan gərginlik müzakirə olunacaq.

Həmçinin, Netanyahu hökumətini atəşkəsə məcbur etmək və fələstinlilərə humanitar yardım çatdırmaq üçün atılacaq birgə addımlar müzakirə olunacaq.

Ərdoğan-Al Sani görüşündə Türkiyə ilə Qətər arasındakı yüksək səviyyəli əlaqələr də dəyərləndiriləcək.

Məryəm İlhamqızı