"35 yaş lənəti"
    • 26-03-2024, 18:48
    • 217

"35 yaş lənəti"

Çində bir supermarket şəbəkəsi 18-30 yaş arası kassir axtaran iş elanı dərc edərək sosial mediada işsizliklə bağlı müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, vətəndaşlar elanın görüntüsünü ölkədə Twitter-in ekvivalenti kimi istifadə edilən Weibo-da paylaşaraq, iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

35 yaşlı Weibo istifadəçisi "Bilirsinizmi, hazırda iş tapmaq bizim üçün nə qədər çətindir? Bu, heç də asan deyil".

Bu gün dərc edilən xəbərdə paylaşımdan sonra başlayan müzakirədə 140 milyona yaxın baxış sayı və 41 mindən çox şərhin yazıldığı bildirilib.

Başqa bir istifadəçi soruşdu: "35 yaşına çatmazdan əvvəl iş tapmaq asan idi?" soruşdu.

Müzakirə zamanı başqa bir sosial şəbəkə istifadəçisi "29 yaşım var. Məktəbi bitirdikdən sonra 3 dəfə işdən çıxarıldım. Evli olmasam da, övladım olmasa da heç bir iş müraciətimə cavab vermirlər" deyib.

Çin mediasında “35 yaş lənəti” də adlandırılan hadisədə bir çox işəgötürən “yaş ayrı-seçkiliyi” ilə tənqid olunur.

Günel Məlikzadə